`ASAN xidmət`ə 18 milyonuncu müraciət qeydə alınıb


14:58     30 Oktyabr 2017 asan%2000.jpg

"ASAN xidmət" mərkəzlərinə 18 milyonuncu müraciət qeydə alınıb.


Bu barədə Femida.az-a ASAN-dan məlumat verilib.

61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb.

S.Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

18 milyonuncu vətəndaş müraciətinin sahibi S.Cəlilov “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 794